525.Az

Paşinyan erməni diasporunun məğlub olduğunu etiraf etdi


 

Paşinyan erməni diasporunun məğlub olduğunu etiraf etdi<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan hirslənərək Diaspora İdarəsinin 10 əməkdaşını tutduqları vəzifədən azad edib.

Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, buna səbəb idarənin qeyri-effektiv, yarıtmaz fəaliyyəti olub.

Bildirilir ki, erməni cəmiyyəti və hökuməti Azərbaycanla sərhəddə gərginlikdən sonra müxtəlif ölkələrdə yaranan azərbaycanlı-erməni qarşıdurmasında diasporanın passivliyindən narahat və narazı qalıb.

Məlumata deyilir ki, bu günlərdə Nikol Paşinyan Diaspor İdarəsinin rəhbəri Zare Sinanyana sərt təpki göstərib. Onunla söhbətdə Ermənistanın diaspora siyasətinin məğlubiyyət səbəbi kimi onun yarıtmaz rəhbərliyini əsəs gətirib və qınayıb.

Söhbətin sonunda Paşinyan diaspor komissarı Sinanyandan tələb edib ki, xaricdəki dairələrdə erməni diasporunun məyusluq əhvalını aydınlaşdırsın və təcili olaraq, ona bu barədə hesabat versin.

 





02.08.2020    çap et  çap et