525.Az

Yaponlardan millimizə dörd qol


 

Yaponlardan millimizə dörd qol<b style="color:red"></b>

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirdə 1996-97-cı il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması qrubpa son oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, komandamız Yaponiya ilə üz-üzə gəlib. Bu görüşdə komandamız 1:4 hesabı ilə məğlub olub. Bununla da qrupda sonuncu yeri tutub. Turnirin əsasnaməsinə görə, millimiz digər üç qrupda sonuncu yeri tutan komandalarla birgə 13-16-cı yerlər uğrunda yarışacaq. Qrup birinciləri isə 1-4-ci yerlər uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, turnir çərçivəsində yığmamız ilk oyununu yanvarın 4-də Yunanıstan komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Futbolçularımız ikinci qarşılaşmada çexiyalı həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olub.

 

8 yanvar
12:00. Azərbaycan - Yaponiya - 1:4

 





08.01.2014    çap et  çap et