525.Az

Böyükağa Hacıyev yenidən "Neftçi"nin baş məşqçi oldu


 

Böyükağa Hacıyev yenidən "Neftçi"nin baş məşqçi oldu<b style="color:red"></b>

“Neftçi” futbol komandasının yeni baş məşqçisi məlum olub.

525.az-ın lent.az saytına istinadən yaydığı məlumata görə, Böyükağa Hacıyev təqribən yarım illik fasilədən sonra postuna qayıdıb.
 
Hacıyev Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya “Skenderbeu”suna məğlubiyyətin ardından "ağ qaralar"ın baş məşqçi postunu tərk etmişdi. 2013-cü il iyulun 17-də Bakıda, iyulun 23-də isə Korçada keçirilmiş görüşlərin əsas vaxtında hesab açılmamış, əlavə vaxtda isə “Skenderbeu” qələbə topunu vurmuşdu – 1:0.
 
55 yaşlı mütəxəssis daha sonra klub prezidenti Sadıq Sadıqovun müşaviri vəzifəsinə gətirilmişdi. Komanda isə əvvəlcə onun keçmiş köməkçisi Tərlan Əhmədovun rəhbərlik etdiyi məşqçilər korpusuna tapşırılmışdı. Əhmədov ötən il oktyabrın 23-də Azərbaycan Superkuboku uğrunda görüşdə “Xəzər Lənkəran”a 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilmişdi.

Daha sonra baş məşqçi postuna Nazim Süleymanov təyin olunmuşdu. Süleymanovun rəhbərliyi altında “Neftçi” Topaz Premyer Liqasında 8 oyunda 4 qələbə, 1 heç-heçə, 3 məğlubiyyətlə üzləşərək, 13 xal yığa bilmiş və ikinci dövrəni 34 xalla 3-cü pillədə başa vurmuşdu.
 
Qeyd edək ki, istər Tərlan Əhmədov, istərsə də Nazim Süleymanovun baş məşqçiliyi dövründə Hacıyev mətbuata hər müsahibəsində komandanın çıxışından narazılığını bildirib.

 





08.01.2014    çap et  çap et