525.Az

Regionlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur


 

Regionlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur<b style="color:red"></b>

Azərbaycanda epidemioloji vəziyyət nəzərə alınaraq regionlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, Bakıda koronavirusa yoluxma tendensiyasi var:

“Hazırda regionlara gediş-gəlişin açılması regionlarda virusun yayılmasına səbəb ola bilər. Bu baxımdan, epidemioloji vəziyyət nəzərə alınaraq regionlara gediş-gəlişin açılması məsələsinə baxılacaq”.

 





03.08.2020    çap et  çap et