525.Az

Çinin Uhan şəhərindən olan həkimlər Azərbaycana gələcək


 

Çinin Uhan şəhərindən olan həkimlər Azərbaycana gələcək<b style="color:red"></b>

Çinin Uhan şəhərində fəaliyyət göstərmiş ekspert qrupunun koronavirusla mübarizə çərçivəsində bu günlərdə Azərbaycana gəlməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan koronavirusla mübarizə çərçivəsində beynəlxalq əməkdaşlığı davam etdirir.

O qeyd edib ki, artıq Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkimlər koronavirusla mübarizə çərçivəsində Azərbaycana gəliblər.

 





03.08.2020    çap et  çap et