525.Az

Xarici ölkələrlə aviareyslərin artırılması nəzərdə tutulur


 

Xarici ölkələrlə aviareyslərin artırılması nəzərdə tutulur<b style="color:red"></b>

Azərbaycanla xarici ölkələr arasında aviareyslərin artırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, burada məqsəd xaricdə olan vətəndaşlarımızın ölkəyə gəlməsini asanlaşdırmaqdır.

Dövlət rəsmisi eyni zamanda vətəndaşları xarici ölkələrə getməkdən çəkinməyə çağırıb:
 
“Zəruri hallar istisna olmaqla xarici ölkələrə səfərlərdən çəkinmək lazımdır”.

 

 





03.08.2020    çap et  çap et