525.Az

"Metro və "Mall"ların açılması yoluxmanın artmasına səbəb ola bilər"


 

"Metro və "Mall"ların açılması yoluxmanın artmasına səbəb ola bilər"<b style="color:red"></b>

Bakı Metropoliteninin fəaliyyətə başlaması koronavirusun geniş yayılmasına səbəb ola bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, metronun açılması məsələsi ekspertlər tərəfindən müzakirə olunur:

“Ekspertlərin rəyinə görə, metronun havalandırma sistemi ümumi olduğu üçün virus daha sürətlə yayıla bilər. Bu səbəbdən metropolitenin açılması hələ ki, məqsədəuyğun hesab edilmir”.

Dövlət rəsmisinin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi qarşısında tapşırıq qoyulub ki, günün pik saatlarında avtobusların sayı artırılsın.

H.Hacıyev əlavə edib ki, "Mall"ların və ticarət mərkəzlərinin də açılması virusun yayılmasına səbəb ola bilər:

"Mall"larda və iri ticarət mərkəzlərində qapalı məkanda çoxlu sayda insan toplaşdığı üçün virusun yayılma sürəti arta bilər".

 





03.08.2020    çap et  çap et