525.Az

Koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alanların sayı azalıb


 

Koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alanların sayı azalıb<b style="color:red"></b>

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb. Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 259 nəfərdir. Avqustun 2-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 272 nəfər idi.

Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib

Xəstələrdən 62 nəfər süni tənəffüs cihazına qoşulub. Ötən gün də bu say 62-yə bərabər idi. Hazırda ölkəmizdə 4456 aktiv koronavirus xəstəsi var. Avqustun 2-də isə aktiv xəstə sayı 4868-ə bərabər idi.

 





03.08.2020    çap et  çap et