525.Az

Qazaxda yeni məktəb binası tikiləcək - Sərəncam


 

Qazaxda yeni məktəb binası tikiləcək - <b style="color:red">Sərəncam</b>

Prezident İlham Əliyev “Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Trend-in məlumatına görə, Sərəncama əsasən, “Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 284) adında, 1-ci və 3-cü hissələrində “əsaslı təmiri” sözləri “sökülərək yenidən tikilməsi” sözləri ilə əvəz edilir.

 





04.08.2020    çap et  çap et