525.Az

Daha 226 nəfərdə koronavirus aşkarlandı: 588 sağalan, 5 ölən var


 

Daha 226 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">588 sağalan, 5 ölən var</b>

Azərbaycanda koronavirus infeksiyasına yeni 226 yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32.910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28.348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4089-dur.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751.246 test aparılıb.

 





04.08.2020    çap et  çap et