525.Az

FİFA-dan Messi və Ronaldo açıqlaması


 

FİFA-dan Messi və Ronaldo açıqlaması<b style="color:red"></b>

“Barselona”nın hücumçusu Lionel Messi və “Real”lı futbolçu Kriştiano Ronaldo “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak edəcək. Qol.Az-ın xəbərinə görə, bu haqda FİFA-nın saytı məlumat yayıb.

Mükafata digər namizəd, “Bavariya”lı Frank Riberi də mərasimdə iştirak edəcək.

Məlumatda deyilir ki, bu təntənəli tədbirin fəxri qonaqları arasınsa Pele, Frans Bekkenbauer, Zinəddin Zidan, Neymar və digər ünlü futbol adamları olacaq.

Xatırladaq ki, “Qızıl top” mükafatı yanvarın 13-də Sürixdə təqdim olunacaq.

 





09.01.2014    çap et  çap et