525.Az

Ermənistan Hava Yolları Şirkəti Türkiyəni iitiham etdi


 

Ermənistan Hava Yolları Şirkəti Türkiyəni iitiham etdi<b style="color:red"></b>

Ərzurumda endirilən Ermənistana məxsus təyyarənin sahibi Türkiyəni şou göstərməkdə
günahlandırıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Hava Yollarının direktoru Arsen Avetisyan News.am xəbər saytına verdiyi açıqlamada təyyarənin daha öncə tərəflər arasında əldə olunan razılaşma əsasında yenidən nəzarət edilmək üçün yerə endirildiyini qeyd edib.

Avetisyan Türkiyə tərəfindən təyyarənin məcburən endirildiyini dilə gətirərək bəzi media qurumları tərəfindən bu enmənin kadra alındığını da söyləyib.

Qeyd edəki ki, daha öncə Ermənistan rəsmiləri verdikləri açıqlamada təyyarənin humanitar yardım məqsədi ilə yük apardığını söyləyiblər. Rəsmi İrəvan da öz növbəsində baş verən hadisəyə münasibətini bildirərək Antonov-12 tipli təyyarənin öncədən planlaşdırılma əsasında yerə endirildiyini vurğulayıb.

Nigar Məhərrəm

 





15.10.2012    çap et  çap et