525.Az

Siyəzən və Şəkidə sərt karantin rejimi ləğv edildi: Salyanda tətbiqinə başlanıb


 

Siyəzən və Şəkidə sərt karantin rejimi ləğv edildi:<b style="color:red"> Salyanda tətbiqinə başlanıb</b>

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək 13 şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.

Siyəzən və Şəki rayonları sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən ərazilərin siyahısından çıxarılıb, Salyan rayonu isə bu siyahıya daxil edilib.

 

 





05.08.2020    çap et  çap et