525.Az

Azərbaycan XİN Livana başsağlığı verdi


 

Azərbaycan XİN Livana başsağlığı verdi<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livana başsağlığı verib.

Bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.

“Beyrut limanında baş verən dəhşətli partlayışla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə qeyd olunub.

Xatırladaq ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.

 

 





05.08.2020    çap et  çap et