525.Az

Fəttah Heydərovun xatirəsi parlamentdə yad edildi


 

Fəttah Heydərovun xatirəsi parlamentdə yad edildi<b style="color:red"></b>

“Fəttah Heydərovun parlamentin bugünkü səviyyəyə gəlib çatmasında özünəməxsus rolu olub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

S. Qafarova bildirib ki, F. Heydərovun fəaliyyətinin bir istiqaməti də Ağsaqqallar Şurasına sədrliklə bağlıdır: “Onun haqqında düşünərkən gözlərimiz önündə yüksək mənəvi keyfiyyətli ilə seçilən Azərbaycan ziyalısı canlanır. Xahiş edirəm onun əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edək”.

Deputatlar Fəttah Heydərovun xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

 

 





05.08.2020    çap et  çap et