525.Az

“ÜDM-nin düşməsinin 5%-dən az olmayacağını proqnozlaşdırırıq”


 

“ÜDM-nin düşməsinin 5%-dən az olmayacağını proqnozlaşdırırıq”<b style="color:red"></b>

“2020-ci ildə yeni növ koronavirus epidemiyasının dünyada sürətlə yayılması və pandemiyaya çevrilməsi bütün dünya dövlətləri qarşısında yeni çağırışlar formalaşdırıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, böhranın əsas xüsusiyyətlərindən biri istehlak tələbinin kəskin azalmasıdır:

“Bu gün müzakirə edilən qanun layihəsi dövlət büdcəsində bəzi düzəlişlər edilməsini təklif edir. İlk 6 ayın yekunları kifayət qədər müsbətdir, yaranan profisit 58 milyon manat proqnozlaşdırılırdı, amma 292 milyon manat təşkil edib. 6 ay ərzində dövlət büdcəsinin xərcləri 11 milyard 731 milyon manat icra olunub. Xərcləri icrasında da hər hansı geriləmə baş verməyib. 6 ayın nəticələrinə nəzər salsaq, görəcəyik ki, ÜDM-də artıq geriləmə prosesi başlayıb. İqtisadiyyat tədricən tənəzzül məcrasına daxil olub. Buna görə də büdcəyə dəyişikliklərə ehtiyac yaranıb. ÜDM-nin düşməsinin 5%-dən az olmayacağını proqnozlaşdırırıq. İqtisadiyyatın əksər sektorunda geriləmə müşahidə olunur. Eyni zamanda bizim gəlirlərimizin azalmasına neftin qiyməti də təsir göstərir. Neftin büdcədə qiymətinin 55 dollar götürülməsi də buna səbəb olur”.

 





05.08.2020    çap et  çap et