525.Az

“Azərbaycanda vəziyyət bir qədər yaxşıdır”


 

“Azərbaycanda vəziyyət bir qədər yaxşıdır”<b style="color:red"></b>

“Hazırda yaranmış xüsusi şəraiti nəzərə almaqla, istisnasız bütün dövlətlər oxşar problemlərlə üzləşib. Bir çox dövlətdə ÜDM-də azalma ikirəqəmlidir. Azərbaycanda vəziyyət bir qədər yaxşıdır. Bununla belə, vaxtında tədbirlər görülməsinə ehtiyac var. Bununla əlaqədar büdcə qaydası dayandırılıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2019-cu ildə büdcə qaydasının tətbiqi uğurlu icra olunub:
 
“Pandemiyanın yaratdığı bu həssas dövrü Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız arxada qoyacaq və yenidən inamla öz inkişaf yolunu davam edəcək. Sizi buna əmin edirəm”.

 





05.08.2020    çap et  çap et