525.Az

“Reanimasiyalarda çarpayıların doluluq faizi yüksəkdir”


 

“Reanimasiyalarda çarpayıların doluluq faizi yüksəkdir”<b style="color:red"></b>

“Koronavirus xəstələri üçün ümumilikdə 10 minə yaxın çarpayı fondu var”.

Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, qarşıdakı günlərdə bu rəqəm artacaq.

“Hazırda Bakıda çarpayıların doluluğu təxminən 30-35 faizə, regionlarda isə 20 faizə qədər enib. Amma reanimasiyalarda çarpayıların doluluq faizi yüksəkdir”, - deyə TƏBİB-in sədri vurğulayıb.

R. Bayramlı bildirib ki, xəstəliyin gedişatı barədə məlumatlar formalaşdıqca, xəstələri daha erkən evə yazmaq olur: “Məsələn, bəzi xəstəxanalarda bu, 7 günə qədər enib. Bəzilərində isə 8-10 gün davam edir” deyən TƏBİB sədri əlavə edib ki, təcrubə artdıqca, bu günlərin sayını daha da aşağı salmaq mümkün olacaq.

 





05.08.2020    çap et  çap et