525.Az

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri


 

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri<b style="color:red"></b>

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri aparılıb.

Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri aparılmaqla mövcud idarənin bazasında daha çevik, mobil və dinamik idarəetməyə malik şöbələr - Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil, Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi, Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbələri yaradılıb.

 





05.08.2020    çap et  çap et