525.Az

Böyük Vətən müharibəsinin Mingəçevirdən olan sonuncu iştirakçısı vəfat etdi


 

Böyük Vətən müharibəsinin Mingəçevirdən olan sonuncu iştirakçısı vəfat etdi<b style="color:red"></b>

Böyük Vətən müharibəsinin Mingəçevirdən olan sonuncu iştirakçısı dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhər sakini, 99 yaşlı Baba Əliyev bu gün vəfat edib.

Qeyd edək ki, B.Əliyev 1921-ci ildə Yevlax rayonunun Xanabad  kəndində anadan olub.

O, 1941-1945-ci illərdə 223-cü diviziyanın tərkibində Qafqazdan keçmiş Yuqoslaviya ərazisinədək olan cəbhə xəttinin ən qanlı döyüşlərində şərəfli döyüş yolu keçib.

 





05.08.2020    çap et  çap et