525.Az

“Sahibkarlığa dəstək üçün nəzərdə tutulan vəsait azaldılmayıb”


 

“Sahibkarlığa dəstək üçün nəzərdə tutulan vəsait azaldılmayıb”<b style="color:red"></b>

“Dövlət büdcəsində sahibkarlığa dəstək üçün nəzərdə tutulan vəsait azaldılmayıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, sahibkarların pandemiya və böhran dövründən daha yaxşı vəziyyətdə çıxması üçün dövlət dəstəyini davam etdirəcək:

“Sahibkarlara dövlət dəstəyi daha bir ay uzadılıb. Bu ilin iyul ayı tarixinə qədər bütövlükdə 24 300 sahibkarın 210 min muzdlu işçisinə dövlət tərəfindən vəsait ayrılıb. Sahibkarlığa dəstəyin dövlət büdcəsində investisiya xərcləri olduğu kimi saxlanılıb”.

 





06.08.2020    çap et  çap et