525.Az

İranda həbsdə olan şairlərimiz azad olundu


 

İranda həbsdə olan şairlərimiz azad olundu

İranda həbs olunmuş Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə bu gün azad olunublar.

Şəhriyar Hacızadənin atası Hacı Mail AzadlıqRadiosuna faktı təsdiqləyib:

«Şəhriyar özü mənə zəng vurdu. İran tərəfi uşaqları bizim konsulluğa təhvil verib. Ya sabah, ya da 4-cü gün Bakıya gələcəklər».

Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs olunmuşdular. Şairlərin konkret hansı maddələrlə ittiham olunmaları barədə məlumat verilmirdi.

azadlıq.org

 





04.09.2012    çap et  çap et