525.Az

Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub


 

Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Əziz Mirəhmədovun "Seçilmiş əsərləri" nəşr edilib.

Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il tarixli 3 saylı iclasının qərarı ilə çap olunub.

Nəşrin məsləhətçisi və ön sözün müəllifi Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Kitab akademik İsa Həbibbəylinin "Yeni tipli ədəbiyyatşünaslıq nümunəsi" adlı yazısı ilə açılır. "Elm və təhsil" nəşriyyatında çap olunan, 654 səhifədən ibarət kitabın redaktoru filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur. Tərtibçiləri isə filologiya elmləri doktoru, professor İslam Qəribli və filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımovadır.

Kitaba AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun "Azərbaycan Molla Nəsrəddini" monoqrafiyası və seçilmiş məqalələri daxil edilib.

Kitabın nəşriyyat redaktorları filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova, Maral Poladova və Mehparə Axundovadır.

"Azərbaycan Milli Kino Günü" adlı virtual sərgi hazırlanıb

Avqustun 2-si Azərbaycan kinosu günü idi. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Azərbaycan Milli Kino Günü" adlı sərgi virtual rejimdə təqdim olunub.

Bu barədə Kitabxanadan məlumat verilib.

Sərgidə mövzuya dair təqdim olunan resurslar tam mətnləri ilə yer alıb.

 





05.08.2020    çap et  çap et