525.Az

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırıldı


 

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırıldı<b style="color:red"></b>

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun qəbul edilib. 

Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən qanuna əsasən, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılıb.

Qanunda İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin gəlirləri 151 milyon 235 min 400 manat, xərcləri 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilib.

Xatırladaq ki, İSF-nin 2020-ci il büdcəsinin gəlirləri 128 235 400,0 manat, xərcləri 128 235 400,0 manat məbləğində təsdiq edilmişdi.

 

 





07.08.2020    çap et  çap et