525.Az

Putin və Lukaşenko “Vaqner” döyüşçüləri barədə müzakirə aparıblar


 

Putin və Lukaşenko “Vaqner” döyüşçüləri barədə müzakirə aparıblar<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı V. Putin ilə A. Lukaşenko qardaş Rusiya və Belarus münasibətlərinin gələcək inkişafına dair aktual məsələləri müzakirə ediblər.

Bir müddət əvvəl Belarusda 33 Rusiya vətəndaşının saxlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Baş vermiş hadisənin iki ölkənin əməkdaşlığına xas qarşılıqlı anlaşma ruhunda nizamlanacağına əminlik ifadə olunub.

Qeyd olunub ki, Rusiya tərəfi Belarusda sabit daxili siyasi vəziyyətin olmasında və qarşıdakı prezident seçkilərinin sakit şəkildə keçirilməsinin marağındadır.

 





07.08.2020    çap et  çap et