525.Az

Jerome Salomon koronavirusa qarşı mübarizədə səylərin artırılmasının vacibliyini bildirdi


 

Jerome Salomon koronavirusa qarşı mübarizədə səylərin artırılmasının vacibliyini bildirdi<b style="color:red"></b>

Fransa Səhiyyə naziri Jerome Salomon Fransa və Avropada koronavirusa yoluxmanın atması fonunda infeksiyaya qarşı ciddi mübarizə aparmayan ölkələrə xəbərdarlıq edib.

APA Reuters-ə istinadən xəbər verir ki, bunu Səhiyyə nazir Fransanın Mayenne bölgəsində keçirilən mətbuat konfransında deyib.

Bildirib ki, dünya miqyasında sözügedən virusun yayılması artıb: “Fransa və Avropada virusa yoluxmada çox açıq artım tendensiyası müşahidə edilməkdədir. Koronavirusa qarşı mübarizədə səyləri davam etdirmək lazımdır”.

Qeyd edək ki, Fransada COVID-19 infeksiyasına yoluxma 24 saat ərzində 1600-dən çox artaraq, may ayının sonundan bəri görünməyən səviyyəyə çatıb. Reanimasiya şöbələrində xəstələrin sayında da artım qeydə alınıb.

 





07.08.2020    çap et  çap et