525.Az

Hacıqabul ərazisində qaz xəttində yanğın başladı - Yenilənib


 

Hacıqabul ərazisində qaz xəttində yanğın başladı - <b style="color:red"> Yenilənib</b>

Hacıqabul rayonu ərazisindən keçən diametri 750 mm-lik Hacıqabul-Qalmaz qaz boru xəttində partlayış baş verib.

Bu barədə APA-nın Mil-Muğan bürosu məlumat verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.


22:15

İlkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

21:17

Hacıqabul rayonu ərazisindən keçən magistral yolda yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Nəvai qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.

 





07.08.2020    çap et  çap et