525.Az

"Avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur"


 

"Avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur"<b style="color:red"></b>

Növbəti həftələrdə, avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur.

Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir:
 
“Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”.

 

 





08.08.2020    çap et  çap et