525.Az

Prezidentin köməkçisi 190 manatla bağlı kartların bloklanmasına aydınlıq gətirdi


 

Prezidentin köməkçisi 190 manatla bağlı kartların bloklanmasına aydınlıq gətirdi<b style="color:red"></b>

“190 manatla, xüsusi olaraq, bloklanmış kartlarla bağlı məsələyə cəmiyyət kimi baxmalıyıq”.

Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov  deyib.

O bildirib ki, pandemiya dövründə ən ehtiyaclı insanlara yardım etmək nəzərdə tutulub:

“Müəyyən seçimlərdən sonra 600 min nəfərə bu ödənişin verilməsi qərara alındı. Biz ehtimal edirdik ki, bu insanlara 190 manat o qədər vacibdir ki, onlar həmin dəqiqə o pulu çıxarıb istifadə edəcək. Ancaq bloklanmış kartlardan heç bir manat da xərclənməyib. Söhbət ondan getmir ki, biz mütləq hamıya pul paylamalıyıq. Biz ehtiyacı olanlara vəsait vermək istəyirik. Bu pul kartda bloklanıbsa, bu, artıq başqa istiqamətlərə istifadə olunacaq. Həkimlərin maaşına, daha çox tibbi texnikanın alınmasına və s.”

 





08.08.2020    çap et  çap et