525.Az

ABŞ Liviya ilə gərginliyin azaldılması və neft hasilatının bərpasına dair razılıq əldə etdi


 

ABŞ Liviya ilə gərginliyin azaldılması və neft hasilatının bərpasına dair razılıq əldə etdi<b style="color:red"></b>

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə xüsusi nümayəndəsi, səfir Miqel Korrea və Birləşmiş Ştatların Liviyadakı səfiri Riçard Norland rəsmi Tripoli ilə onlayn danışıqlar aparıblar.

AZƏRTAC xəbər verir ki, Liviya Razılıq Hökumətinin iştirak etmədiyi danışıqlarda bu ölkəni parlamentin Xarici əlaqələr komitəsinin sədri Tacəddin əl-Rezaqi təmsil edib. ABŞ-ın Tripolidəki səfirliyinin mətbuat açıqlamasında bildirilib ki, tərəflər Sirtə və Cufra zonasından qoşunların çıxarılması və neft sektorunun fəaliyyətinin tam şəffaf şəraitdə bərpa edilməsi istiqamətində konkret addımları müzakirə ediblər. Birləşmiş Ştatlar, həmçinin Liviyanın suverenliyi və digər ölkələrin muzdlu əsgərlərinin bölgədən çıxarılması barədə mövqeyini çatdırıb.

Liviya parlamentinin nümayəndəsi və ABŞ diplomatları bu məsələlərə dair sıx əməkdaşlıq edəcəklərini bəyan ediblər. Vaşinqton bütün tərəflərlə, o cümlədən Liviya Razılıq Hökuməti ilə bu ölkədə gərginliyin azaldılması, silahlı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirəcəyini bildirib.

 





08.08.2020    çap et  çap et