525.Az

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi


 

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi<b style="color:red"></b>

Bu gün  Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşib. Ağdam klubu bu mərhələdə evdə "Sileks"lə (Şimali Makedoniya) qarşılaşacaq.

Püşk zamanı "Qarabağ"  yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində, "Sileks" isə  daha aşağı reytinqli səpələnməmişlər səbətində yer almışdı.

Qeyd edək ki, yeni qaydalar əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq.

Əlavə edək ki, 1-ci təsnifat mərhələsinin görüşləri 18-19 avqustda keçiriləcək.

 





09.08.2020    çap et  çap et