525.Az

Belarusda Prezident seçkilərinin ilkin nəticələri açıqlandı


 

Belarusda Prezident seçkilərinin ilkin nəticələri açıqlandı<b style="color:red"></b>

“Seçkinin ilkin nəticələrinə görə, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkənin bütün bölgələrində qalib gəlib”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidia Yermoşina "Belarus-1" televiziyasının efirində bildirib.

O qeyd edib ki, Minsk şəhərinin Leninski rayonunda seçicilərin 64% -dən çoxu iştirak edib, Lukaşenko demək olar ki, 67%-dən çox, onun rəqibi Svetlana Tixanovskaya isə təxminən 15% səs toplayıb: “Brest vilayətinin 4 rayonunda seçici fəallığı 95,7% olub. Burada Lukaşenko səslərin təxminən, 80%-ni, Tixanovskaya isə 3,8%-ni qazanıb”.

MSK rəhbəri əlavə edib ki, Qomel bölgəsinin 4 rayonun da isə seçicilərin 90%-i Lukaşenkoya, 3,2%-i isə Tixanovskayaya səs verib: “Daha bir neçə rayonlar üzrə səsvermənin ilkin nəticələri məlumdur. Onların bəzilərində Lukaşenko 90% -dən çox, Tixanovskaya isə 4% səs alıb”.

 

 





10.08.2020    çap et  çap et