525.Az

"Neftçi", "Keşlə" və "Sumqayıt"ın rəqibi bilindi - Avropa Liqası


 

"Neftçi", "Keşlə" və "Sumqayıt"ın rəqibi bilindi - <b style="color:red"> Avropa Liqası</b>

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatmada Azərbaycan təmsilçilərindən "Neftçi", "Keşlə" və "Sumqayıt"ın da rəqibi bəlli olub.

"Neftçi" Makedoniyanın "Şkupi, "Keşlə" Albaniyanın "Laçi”, avrokubokların debütantı “Sumqayıt” isə Şimali Makedoniyanın "Şkendiya" klubuna rəqib olub. Hər üç komandamız bir oyundan ibarət bu mərhələdə rəqibi ilə evdə üz-üzə gələcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları avqustun 27-də gerçəkləşəcək

 





10.08.2020    çap et  çap et