525.Az

İyulun "Ulduz"u görüşünüzə gəlib


 

İyulun "Ulduz"u görüşünüzə gəlib<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan "Ulduz" jurnalının iyul sayı Səddam Laçının "Özüylə söhbəti..." və şeirləriylə açılır. Şeirləri Mətanət Vahidin "Seyid Əzim Şirvaninin təsəvvüfi dünyagörüşü" məqaləsi izləyir. 

Cəlal Məmmədov "Qısa fikirlər xəzinəsi"ndə Fridrix Nitsşe, Seyyid Hüseyn Nasr, Məhəmməd Əmin Rəsulzadə, Cəbran Xəlil Cəbran, Nəcib Fazil Qısakürək, Oldos Haksli, Bertran Rassel kimi nadir fikir adamlarının qısa fikirlərini paylaşır. "Şeir vaxtı"nda Gülay Tahirli, Musa Urud və Şahanə Müşfiqin yeni şeirlərini oxuyacaqsınız.

"Nostalji"də "Meşəbəyinin canavar qonaqlığı" hekayəsi ilə Xəyal Rza, "Təbriz eli"ndə "Raminb Cahangirzadənin uşaqlara ünvanladığı bilgi və mesajlar" məqaləsilə Pərvanə Məmmədli yer alıblar.

"Tənqid" rubrikasında Qərənfil Dünyaminqızı "Həyatında da romantik olan..." Hadidən yazır.

"Nəsr"də Elmin Nuri "Suların qələbə pıçıltısı..."nı, Emin Piri "Əyyaş ata", Almaz Bəyazid "Sevgi vaksini" hekayələrini təqdim edirlər.

Jurnalın bu sayında Seyran Səxavət öz deyimlərini oxucularıyla bölüşür. Təranə Vahid "Son fəsil" yazısıyla mərhum şairə Fərqanə Mehdiyevanı anır.

"Tribuna"da Abid Tahirlinin "Kıbrıs Türkün gözüdür" yazısı, "Debüt" rubrikasında  Qızbəst Sultan, Elvin İntiqamoğlunun şeirləri çap olunub

"Dərgidə kitab"da "Qar balası Qaqa" kitabıyla Sevinc Nuruqızıdır.

Bunlar hamısı deyil, "Tərcümə saatı", "Ovqat", "Türk eli" bir-birindən maraqlı yazıları sizə təqdim edir.

Jurnal ənənəvi "Sərgi" rubrikası ilə tamamlanır. Bu dəfə rubrikada gənc rəssam Nail Məmmədovun rəsmləri yer alıb.

GÜLƏR

 





10.08.2020    çap et  çap et