525.Az

General Polad Həşimovun xatirəsinə videoçarx ithaf olunub


 

General Polad Həşimovun xatirəsinə videoçarx ithaf olunub<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı "Şəhidlər ölməz, Vətən bölünməz!" layihəsi çərçivəsində iyulun 14-də Tovuz rayonu istiqamətində Ermənistan ordusunun atəşkəs rejimini pozması nəticəsində baş vermiş döyüş zamanı şəhid olmuş general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb.

Kitabxanadan bildirilib ki, videoçarxda şəhid generalımızın həyat və döyüş yolu foto şəkillərlə işıqlandırılıb.

 





09.08.2020    çap et  çap et