525.Az

“Sanki Ermənistan KTMT-nin sahibidir və onun digər üzvlərinə dərs keçəcək”


 

“Sanki Ermənistan KTMT-nin sahibidir və onun digər üzvlərinə dərs keçəcək”<b style="color:red"></b>

“Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasında qeyd olunur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin bir-birinə münasibətdə müttəfiqlik öhdəliklərini yerinə yetirmələri və təşkilatın səmərəliliyinin artırılması istiqamətində iş aparacaq. Sanki Ermənistan bu təşkilatın sahibidir və onun digər üzvlərinə dərs keçəcək”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən deyib.

H. Hacıyev bildirib ki, Ermənistan KTMT-nin heç bir üzvü ilə məsləhətləşmədən onun keçmiş baş katibini həbs edib, indi isə təşkilatın digər üzvlərinə öhdəlikləri barədə dərs keçmək fikrindədir: “Uzun müddət KTMT-nin yeni baş katibinin təyin olunmasını boykot edən Ermənistanın özü bununla da təşkilatın səmərəliliyinə ən böyük zərbə vurmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Sorosin tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz”.

 





12.08.2020    çap et  çap et