525.Az

Rusiyanın Baş Qərargah rəisi təlimləri yoxlamağa gedib


 

Rusiyanın Baş Qərargah rəisi təlimləri yoxlamağa gedib<b style="color:red"></b>

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Cənub Hərbi Dairəsinin qoşunlarında keçirilən xüsusi təlimləri yoxlamağa gedib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Gerasimov əməliyyat və döyüşə hazırlıqla bağlı kompleks tədbirlərin həyata keçirilməsi zamanı Cənub Hərbi Dairəsinin komandanının və hərbi idarəetmə orqanlarının vəzifəli şəxslərinin məruzələrini dinləyəcək.

Bundan başqa, Baş Qərargah rəisi Cənub Hərbi Dairəsinin poliqonlarındakı bölmələrin praktiki fəaliyyətini yoxlayacaq.

Qeyd edək ki, Rusiyanın Cənub Hərbi Dairəsində keçirilən, avqustun 21-dək davam edəcək xüsusi təlimlər Qafqaz 2020 strateji komanda qərargah təlimlərinə hazırlığın yoxlanılması mərhələsidir.

 





13.08.2020    çap et  çap et