525.Az

Rayonların suvarma problemi həll olunur


 

İmişlidəki göllərdən Baş Muğan kanalına qısa müddətdə 3,5 milyon kubmetr su vurulub

Rayonların suvarma problemi həll olunur<b style="color:red"></b>

Ölkəmizdə suvarma suyunda yaranan problemin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, İmişlidəki antropen göllərdən Baş Muğan kanalına qısa müddətdə 3,5 milyon kubmetr su vurulub.
 
Nəticədə İmişli, Saatlı və Sabirabadın əkin sahələrində suvarma işləri daha da yaxşılaşıb.

Görülən işlər tanış olmaq məqsədilə İmişliyə gələn Melorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev açıqlamasında bildirib ki, son 3 ildə ölkə ərazisində olan çaylarda su azlığı müşahidə edilir. Bu da öz növbəsində əkinçilikdə suvarma işlərinə təsir göstərir. Bu kimi problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığına əsasən respublikada suyun idarə edilməsi ilə bağlı Dövlət Komissiyası yaradılıb. Məqsəd ölkə ərazisində yerləşən su ehtiyatlarından səmərəli istifadə edilməsidir.

“Görülən işlərin davamı olaraq İmişli rayon ərazisində yerləşən göllərə baxış keçirildi və həmin su mənbələrindən suvarma işləri üçün istifadə etmək məqsədə uyğun sayıldı. Göl üzərində yerləşən üzən nasos stansiya vasitəsi ilə avqustun 3-dən Baş Muğan kanalına su vurulur. Səkkiz gündə Baş Muğan kanalına 3,5 milyon kubmetr su nəql edilib və kanal boyunca yerləşən, su çatışmazlığından əziyyət çəkən əkin sahələrinin su təminatı yaxşılaşıb. Xüsusilə də İmişli və Saatlı, qismən də Sabirabad rayonlarının pambıq tarlalarında suvarma işlərinə müsbət təsir göstərib. Ümumiyyətlə, vurulan su hesabına həmin rayonlarda 5 min hektar sahənin suvarılması yaxşılaşıb”, - deyə ASC-nin sədr müavini əlavə edib.
Zakir Quliyev bildirib ki, ölkə rəhbərliyinin tapşırığına əsasən son vaxtlar suvarmada olan çətinliklə bağlı məsələ xüsusi diqqətdə saxlanılır. Daxil olan müraciətlər ASC tərəfindən araşdırılır, növbəlilik prinsipinə uyğun olaraq çətinliklər aradan qaldırılır.

Fermerlərlə söhbət zamanı onlar da suvarmada qarşılaşdıqları problemlərin həll olunduğunu qeyd ediblər. İmişli rayonunun Çaxırlı kənd sakini Naqil Vəliyev və Məzrəli kənd sakini Müştəba Qənbərov bir müddət öncə suvarma sahəsində yaranan çətinliklrin artıq aradan qaldırıldığını bildiriblər.


 





13.08.2020    çap et  çap et