525.Az

Türkiyə gömrüyündə rüşvət əməliyyatı: 35 nəfər həbs edildi


 

Türkiyə gömrüyündə rüşvət əməliyyatı: 35 nəfər həbs edildi<b style="color:red"></b> Türkiyədə ötən ilin sonunda başlayan korrupsiya və rüşvət əməliyyatları bu ölkənin gömrük sisteminə sıçrayıb.
 
Lent.az-ın türk mediasına istinadən xəbərinə görə, İstanbul və İzmirdə həyata keçirilən əməliyyatlardan sonra bu dəfə növbə Mersin şəhərinə çatıb.
 
Bu gün bu şəhərin gömrük qurumunun işçilərinə “rüşvət aldıqları” iddiası ilə cinayət işi açılıb. Xəbərdə bildirilir ki, artıq əməliyyat çərçivəsində 35 nəfər nəzarətə götürülüb və haqlarında araşdırma başlayıb.
 





10.01.2014    çap et  çap et