525.Az

Daha 91 nəfərdə koronavirus aşkarlandı: 211 sağalan, 3 ölən var


 

Daha 91 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">211 sağalan, 3 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33.915 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31.269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, 2146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7520, bu günə qədər isə ümumilikdə 812.033 test icra olunub

 





13.08.2020    çap et  çap et