525.Az

Söz dünyasının tükənməz kapitalı


 

HAFİZ HÜSEYNXANLI - 70

Söz dünyasının tükənməz kapitalı<b style="color:red"></b>

70 YAŞIN TAMAMINDA TANINMIŞ JURNALİST HAFİZ HÜSEYNXANLI İLƏ AÇIQ SÖHBƏT 

Sizləri nigaran qoymaq istəmirəm. Həmkarlarımla həyatımızı həsr etdiyimiz jurnalist peşəsinin yaradıcılıq məsələlərini araşdırmayacağıq. Əvvəla, ona görə ki, hazırkı dövrdə bizim müəllimlik etməyimizə ehtiyac yoxdur. Kifayət qədər bu peşəni tədris edənlər var. Həm çağdaş jurnalistika o qədər irəli gedib ki, bu sənətin nəzəri əsaslarının təhlili boyat mülahizələrlə fərqli bir şey qazana bilməz.

Ancaq bizim dövrümüzdə "sürgün əzabı" sayılan bu peşə, güman edirik , ən gərəkli fərəhli əmək sahəsidir. Axır ki, sözümüzü indi deməli oluruq. Azərbaycan jurnalistikası - qəzetçilik hansı səmtə üz tutursa-tutsun, mayasını Həsən bəy Zərdabinin "Əkinçi"sindən alır. dövrün jurnalistlərini qiymətləndirərkən məhz "Əkinçi"nin cücərtilərini önə çəkməliyik. Nədir o cücərtilər? Bir sözlə desək - xəlqilik! Həyatını jurnalistikaya həsr etmiş Hafizlə biz indi bərabər tarazlıqdayıq. O, bu yaxınlarda axırıncı jurnalist məkanından təqaüdə çıxıb, bu yazının müəllifi isə doxsanı haqlamaqdadır, - altmış ilə yaxın qəzetçilik ab-havası ilə yaşayıb.

Hafiz digər etibarlı peşə əqrəbalarım kimi, vaxtaşırı mənə baş çəkir, hal-əhval tutur. Onun gəlişi, təbii ki, mənə ruh verir. Ən ümdəsi odur ki, qocalığın sərt ehtiyaclarından biri olan dostlarla görüşmək, heç olmazsa onların qayğılarını mənəvi pasıbanlıqla yüngülləşdirmək. Hafizin bu dəfəki gəlişi uzun zaman ürəyimdə qaynayan bir məsələyə təkcə ona aidiyyatı olmayan - peşəmizin bütövlüyünə sədaqətinə dair - daha dəqiq desək, jurnalistlik peşəsini hər hansı bir maddi, şöhrətli işlə əvəz edənlərə münasibətimi dəqiqləşdirmək baxımından yerinə düşdü. Söhbətimizdə bu məqamdan çözələndi:

İkimiz təqaüdçüyük - rütbəmiz bərabərləşib - indi açıq söhbət aparmaq olar...

Hafiz - həyatımızda baş verənlər məşhur insanlar haqqında ensiklopedik məlumat sahibidir.  O bu keyfiyyəti jurnalistikanın idarəçiliyin müxtəlif sahələrində çalışmaqla qazanıb.

- Hafiz, əzizim jurnalistika üçün doğulmuşlardan olan sən ortada sarpdın - yuvanı dəyişdin. Mən narahatlıq keçirdim, ancaq könlünə dəymək istəmədim.

- İcazənizlə 50 il ərzində işlədiyim sahələri sadalayım: Bunlardır: Beyləqanda çıxan "Yüksəliş",  "Azərbaycan pioneri", "Azərbaycan gəncləri" qəzetləri, Dövlət Sadalayım: televiziya Radio Verilişləri  Komitəsi,  Mətbuata Dövlət Sirlərini Mühafizə edən Baş İdarə, Cəbrayıl rayonunda çıxan "Xudafərin" qəzeti, Azərbaycanın Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin "Novruz" qəzeti,  Dövlət Plan Komitəsi, İqtisadiyyat Nazirliyi AzərTac. Ən nüfuzlu dövlət orqanı, müxtəlif profili, ab-havalı bu kollektivlərdə hər bir jurnalist üçün arzulu vəzifələrdə baş redaktor, baş redaktorun müavini, şöbə müdiri, müxbir, xüsusi müxbir işləmişəm...

-Ancaq mən xəbər tutanda ki, Sən yaşının yaradıcılıq coşqunluğu dövründə mətbuat mühitini qoyub, onun bilavasitə əlaqədar şəbəkəsinə  keçmisən, narahat olurdum.

-Cəmil müəllim, birini demədim. "Azərbaycanfilm" kinostudiyasında pioner düşərgəsinə direktor qoymuşdunuz məni. Onda niyə demədiniz ki, bu jurnalist işi deyil? - yaxşı xatırladığınız, vacibatına görə əlacım bu idi. Mən düşərgə olurdum. Yaxşı divar qəzetləri buraxırdın. mən mövsüm bitəndən sonra səni sənədli filmlər şöbəsinə gətirdim.

- Bu, mənim həyatımda sizin oynadığınız rolla müqayisədə çox kiçik yaxşılıqdır. Ən vacibini xatırlatmaq istəyirəm. Qəzet yaradıcılığından aralı düşməyimi ötəri hal kimi qəbul edin. İcazənizlə, ilk görüşümüzdən aldığım dərsi açıqlayardım.

Gənclik qəzeti hər bir tələbənin ən xoş arzusu idi. Burada ədəbi işçi olmaq mənim qismətimə çıxdığından özümü bəxtəvər sayırdım. İdman şöbəsinin tapşırığı ilə gimnastika üzrə respublika birinciliyinin qalibi haqqında yazmışdım. Şöbə müdiri Zaur Zamanov oxudu, bəyəndi, katibliyə verdi. Hövsələm çatmadı, redaktor kimi sizin düzəlişlərinizi öyrənmək istədim. İmla xətalarım olmuşdu, birdə adım silinmişdi, baş hərfi saxlanmışdı. Pərt oldum, gecə mətbəədə növbətçi idim, adımı bərpa etdim...

Ertəsi gün qəzetin təhlili mənim başımda çatladı. Zaur Zamanov atəşə tutdu məni. Növbətçi təəssüfləndiyini bildirdi. Gözümün altına aldım ki, mənim burada işləməyimə xitam veriləcək. Siz, redaktor kimi məsələyə başqa bucaqdan yanaşdınız.  İndiki kimi yadımdadır, dediniz ki, Zaur haqlıdır, qəzet etikası pozulub. Bu təcrübəsizlikdən ola bilər - hər halda böyük qəbahətdir. Ancaq bu da nəzərə alınmalıdır ki, cavan jurnalist qəzetimizə məhəbbətinin, imzasının açıq verilməsilə yazının məhz ona məxsusluğunun təsiri ilə bu xətaya yol verib. İndi biz onu qəzetdən kənarlaşdırsaq, ali təhsilli bir jurnalistimizi itirmiş olarıq, qəzetimiz onun rəqibinə çevrilər. Həyat ona dərs verəcək... İndi aradan 50 il keçib, təqaüdə çıxmış, yetmiş yaşlı jurnalist sifətcə çox dəyişməyib. Xatırlayıram ki, "ana uşağı" indi ahıl-ağsaqqal görkəmindədir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, "Qızıl qələm" mükafatı laureatıdır. Buna baxmayaraq gec olsa, soruşmaq istəyirəm: hər halda başqa sahələrinə keçəndə daxili bir əzab keçirmisənmi? Axı sən bizim mühitimizdə sevilirsən. Sadəliyin, səmimiliyin, qayğıkeşliyin, istiqanlılığın - bunlar yüksək insani keyfiyyətdir.

- Cəmil müəllim, mən heç vaxt jurnalistikadan ayrı həyat sürməmişəm.

- İnanmaya bilmərəm. Bizim nəslin jurnalistika ustada, mətbuat naziri İsrafil Nəzərovun qəribə bir sözü vardı. Deyirdi ki, burnuna qətran iyi dəymiş qəzetçi jurnalistikadan ayrı yaşaya bilməz. Ac-susuz qalsa da...

Qəzetə vurğunluq məni sakit təbiətimdən az ayırmayıb...

Məndə vaxtsa vacibat ucbatından qəzetdən aralanmışam.

-Sizi kinostudiyaya göndərəndə jurnalistlər təəccübləndilər...

- Mən özüm Rəhbərə - Heydər Əliyevə dedim ki, kino mənim üçün yad sahədir. Sonradan üç dəfə rəsmi müraciət etdim ki, məni öz peşəmə qaytarın. Razılaşmadı. Gizlətmirəm ki, kinostudiyaya gedəndə çoxları təəccübləndilər.  Elə özüm çaş qalmışdım. Yenidən həyata qayıtsam bir an da qəzetdən aralanmaram.

- Sizin radioya başçılıq etdiyiniz dövrü xatırlamamaq olmur. O günlərin bəhrəsi "Bulaq" verilişi indi böyük həvəslə dinlənilir.

- Fikrimi belə yekunlaşdırmaq istəyirəm ki, harada işləyirsən işlə, bir söykənəcəyin olmalıdır - xalqınla qayğılan. Mən sovet dövründə jurnalistikamıza başçılıq etmiş şəxslərin həyatına bələd idim. Məsul şəxslər: Fazil Sadıqov, Adil Əfəndiyev, İsrafil Nəzərov, Nəsir İmamquliyev, Xasay Vəzirov, Ağababa Rzayev, Ənvər Əlibəyli, Azad Şərifov, Nəriman Zeynalov, Şamil Fərzəliyev ailələrinə dolanışıq zərurəti qədər ehtiyat qoya bilməmişdilər. Ancaq bizim fikrimizcə, ən varlı insanlar olmuşlar. Mənim nəzərimsə, indi gecə-gündüz özünü həlak edib xalqı məlumatlandıranlar arasında inanmıram ki, adi bir adamı qədər maddi imkanı olan tapılsın. Jurnalistikanın bir özəlliyi bundadır. Bizim ürəyimiz milyarderlərdən artıq mənəvi kapitala doludur. Sonda deyim ki, 70 illik həyatının yazım əsri mənim gözlərim önündə keçib. Sən heç vaxt namuslu sözü yağlı çörəyə, pula dəyişməmisən. Qazancın təmiz ad, nütüz olub. 70 yaşın mübarək olsun! Sənin bu şad günün məni sevindirdi. bu sevincin qanadlarında ötənlərə birgə nəzər saldıq.

Cəmil ƏLİBƏYOV

yazıçı jurnalist

 





10.01.2014    çap et  çap et