525.Az

Bu ilin altı ayı ərzində 83 körpə ev şəraitində doğulub


 

Bu ilin altı ayı ərzində 83 körpə ev şəraitində doğulub<b style="color:red"></b>

“Ev şəraitində doğulan uşaqların aşkar olunması sahəsində bir sıra işlər görülüb, maarifləndirmə işləri aparılıb”.

Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, 2019-cu ildə 148, 2020-ci ilin altı ayı ərzində 83 körpə ev şəraitində doğulub.

“139 körpənin sənədləşmə işi həyata keçirilib, qalanlarının valideynlərinə isə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsində  hüquqi yardım göstərilib”, - deyə xidmət rəisi vurğulayıb.

 





14.08.2020    çap et  çap et