525.Az

Təntənəli nikahların keçirilməsi təxirə salınıb


 

Təntənəli nikahların keçirilməsi təxirə salınıb<b style="color:red"></b>

Pandemiya dövründə təntənəli nikahların keçirilməsi kimi tədbirlər təxirə salınıb.

Bunu Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda keçirdiyi videokonfransda 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova məlumat verib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, toyun təntənəli şəkildə keçirildiyi yerdə də nikah qeydə alına bilər:
 
“Amma pandemiya ilə əlaqədar bu tədbirlər təxirə salınıb. Bir məqamı da qeyd etmək istərdim ki, qeydiyyat şöbəsində təntənəli nikahların qeydə alınması üçün şərait yaradılıb. Bu otaqlarda təntənəli nikah keçirmək istəyən şəxslər müraciət edir. Bu zaman biz iştirak edənlərin sayına baxırıq. Pandemiya dövrünün tələblərinə uyğun olaraq həm müraciət edən digər şəxslərin, həm də onların sağlamlığını düşünərək bu addımı atırıq”.

 





14.08.2020    çap et  çap et