525.Az

Cavid Zeynallının kitabı Türkiyədə çap olunub


 

Cavid Zeynallının kitabı Türkiyədə çap olunub<b style="color:red"></b>

Gənc yazıçı Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi" adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

Kitab Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən "Azərbaycan Kitabının Dünyaya Tanıdılması" (AKDT) layihəsi çərçivəsində "Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası"nda çıxıb.

Şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

 





13.08.2020    çap et  çap et