525.Az

Azərbaycanda vətəndaş cəmiyyəti institutları: yaranması və ilkin fəaliyyət istiqamətləri (davamı)


 

Azərbaycanda vətəndaş cəmiyyəti institutları: yaranması və ilkin fəaliyyət istiqamətləri <b style="color:red">(davamı)</b>

Elməddin HACILI
Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri

Müasir dövrümüzdə fəaliyyət göstərən, təndaş cəmiyyəti institutlarının başlıca tərkib hissəsi olan qeyri-hökumət təşkilatlarına (QHT-lər) aid xüsusiyyətləri özündə əks etdirən qurumların Azərbaycanda yaranması fəaliyyəti hələ XIX əsrin sonları-XX əsrin əvvəllərinə təsadüf edir. Bu dövrdə QHT-lər dövlətdən asılı olmayan sosial ictimai sahədə fəaliyyət göstərərək cəmiyyətin həyatında mühüm rollardan birini oynayırdı. Tarixdən bəlli olduğu kimi, bu dövrdə Şimali Azərbaycan Çar Rusiyasının əsarəti altında idi. Lakin müstəmləkə zülmünün mövcudluğuna baxmayaraq həmin illərdə burada milli QHT sistemi yaranıb formalaşa bilmişdir. Tarixi tədqiqatların nəticəsi göstərir ki,  sözügüdən dövrdə ictimai fəaliyyətin xeyriyyəçilik cərəyanı xüsusilə üstünlük təşkil edirdi.

Təəssüflə qeyd etmək lazımdır ki, tarixi politoloji ədəbiyyatlarda bu gün həmin dövrdə mövcud olan ictimai təşkilatlar bir QHT kimi ciddi şəkildə tədqiq olunmamış qalır. Bu baxımdan həmin təşkilatların bir QHT olaraq günümüzdə öyrənilməsi mühüm elmi əhəmiyyət aktuallıq kəsb edir. Həmçinin XIX əsrin sonları-XX əsrin əvvəllərində mövcud olan QHT-lərin yaranması fəaliyyətinin  araşdırılması bu günkü QHT-lər üçün maraqlıdır. Onların təcrübələrindən bəhrələnmək hər bir QHT üçün faydalı, əhəmiyyətli örnək rolunu oynaya bilər.

Tarixdən məlumdur ki, XIX əsrin sonları-XX əsrin əvvəlləri Şimali Azərbaycanda kapitalist münasibətlərinin yaranması inkişafı dövrdür. Bu dövrdə sosial-iqtisadi, ictimai,mədəni inkişafın kökündə duran əsas amil neft amili idi. 1872-ci ildə iltizam sistemi ləğv edildikdən sonra neft sənayesi sürətlə inkişaf etməyə başladı. Görkəmli Azərbaycan maarifçi-demokrat Həsən bəy Zərdabinin yazdığı kimi "... hər tərəfdən buraya kapital bilik axmağa başladı keçmiş inzibati sürgün yerində həyat qaynadı". Bütün inkişafın mərkəzi isə Bakı idi. Sözügedən dövrdə Azərbaycanda QHT-lərin yaranması formalaşması əsasən neft sənayesi ilə bağlı idi. Həmin illərdə mövcud olan QHT-lərin böyük əksəriyyəti xeyriyyəçilik istiqamətində fəaliyyət göstərirdi.

XIX əsrin sonları-XX əsrin əvvəlləri Şimali Azərbaycanın ictimai-iqtisadi həyatında baş verən dəyişikliklər burada yeni sosial təbəqənin - sahibkarlar təbəqəsinin formalaşması ilə nəticələndi. Yeni yaranan sahibkarlar təbəqəsi həm müxtəlf təşkilatlarda birləşərək, həm fərd olaraq ictimai sektotrda fəaliyyət göstərirdilər. H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Muxtarov kimi milli sahibkarlar topladığı kapitalın bir hissəsini xeyriyyə işlərinə, əhalinin maariflənməsinə, məktəb, teatr, xəstəxana tikintisinə yönəltmişdilər. Onların arasında  H.Z.Tağıyevin fəaliyyəti daha çox diqqəti cəlb edir. Azərbaycanda ilk qız  məktəbini açılması, Şollar-Bakı su kəmərinin çəkilməsi, ilk teatr binasının, toxuculuq fabrikinin tikilməsi,  bir sıra küçə meydanların salınması məhz H.Z.Tağıyevin adı ilə bağlıdır. 1887-ci il noyabr ayının 5- o, Bakının 80 nəfərə yaxın sahibkarını bir yerə toplayarq Bakı at-dəmiryolunu çəkmək üçün cəmiyyət yaratmağı təklif etdi. Məlum olduğu kimi, bu təklif real oldu 1889-cu ildə Bakıda rels üzərində hərəkət edən at qoşqulu nəqliyyat vasitəsi - konka fəaliyyət göstərməyə başladı.

Sözügedən dövrdə sahibkarlarla yanaşı bir sıra ictimai xadimlər müxtəlif təşəbbüslərlə çıxış edir, əhalinin maariflənməsinə səy göstərirdilər. 1894- ildə Bakıda C.Vəlibəyov, H. Mahmudbəyov, S.M.Qənizadə, Ə.Axundov, Ə.Cəfərzadənin yaxından iştirakı ilə N.Nərimanov tərəfindən təşkil edilmiş illik Azərbaycan qiraətxanası ölkənin ictimai-mədəni həyatında mühüm rol oynadı. Qiraətxana azərbaycanlı müəlliflərin yardımları, xüsusən pyeslərin tamaşaya qoyulmasından əldə olunan gəlirlər könüllü ianə, üzvlük haqları hesabına fəaliyyət göstərirdi.

1905-ci ildən başlamış milli yüksəlişin geniş inkişaf yoluna düşməsi illərində mədəni - maarif işləri xeyli canlandı, müxtəlif ictimai təşkilatlar, cəmiyyətlər yarandı, qəzet jurnalların fəaliyyəti genişləndi.  1905-ci ilin payızında "Müdafiə müsəlman kübarları ziyalılarının ittifaqı"   "Müsəlman Xeyriyyə Cəmiyyəti" təsis olundu. "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin sədri H.Z.Tağıyev, katibi isə Əhməd bəy Ağaoğlu idi. Cəmiyyət öz ətrafında  xeyli sayda sahibkarlarla yanaşı görkəmli ictimai xadimləri birləşdirmişdi. Bu təşkilatın fəaliyyəti çoxşaxəli olmuşdur. Bunu aşağıdakı kimi qruplaşdırmaq olar: sənaye ticarət Bakısı üçün mühüm əhəmiyyət kəsb edən texniki kommersiya məktəblərinin təşkili tikintisi; Rusiyada ilkin olaraq Bakıda açılan Güney Qafqazda yeganə olan müsəlman qız məktəbi, həmin məktəbin nəznində müsəlman qadınlar üçün təşkil edilən müəllim kursları; Bakıda "Səadət" məktəbinin tikintisində iştirak; toxuculuq fabrikinin fəhlələri üçün məktəb binasının tikintisi; Mərdəkanda bağçılıq məktəbinin inşa edilməsi; qəzalarda xalq təhsilinin inkişafına qayğı; Rusiyanın xarici ölkələrin ali məktəblərində təhsil alan tələblərə edilən maddi yardım; İranda maarif müəssisələrinin yaradılmasına göstərilən kömək; kitab qəzet nəşri, müxtəlif dərslik ədəbiyyatların çapı; mətbuat orqanları üçün milli kadrların hazırlanmasına edilən maliyyə yardımı;  incəsənətin  inkişafına    göstərilən dəstək; tikinti-abadlıq işləri  ( Dağıstanın bəzi kəndlərinə çəkilən su kəmərlərinin tikintisinə yardım, Zəngəzur qəzasında körpünün inşa  edilməsi); təbii fəlakətlərdən zərərçəkənlərə yardım edilməsi s. Birinci Cahan Müharibəsi illərində  "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin fəaliyyəti daha da genişlənmişdi. Cəmiyyət qaçqınları aclıqdan əziyyət çəkən əhaliyə müxtəlif yardımlar edirdi. Cəmiyyət eyni zamanda Nargin adasında əsir saxlanılan türk əsgərlərinə öz köməyini əsirgəmirdi.

1906- ildə yaranan tərkibi əsasən milli sahibkarlardan görkəmli ictimai xadimlərdən ibarət olan "Nəşri - Maarif" yenə həmin ildə  Azərbaycanın tanınmış ziyalıları tərəfindən əsası qoyulan "Nicat" mədəni - maarif, 1910-cu ildə təşkil olunmuş "Səfa" cəmiyyətləri əsasən əhalinin maariflənməsi, müxtəlif sosial-mədəni problemlərin həllinə kömək digər xeyriyyə işləri ilə məşğul olurdular. "Nicat" Cəmiyyəti Bakı qubernatorunun 1906- il avqustun 22- təsdiq etdiyi nizamnamə əsasında fəaliyyətə başlamışdı. Nizamnamədən məlum olur ki, cəmiyyəti əsas məqsədi müsəlman  əhali arasında maarifçilik işinin yayılması, ali, orta ibtidai təhsil müssisələrində oxuyan müsəlmanlara  yardım göstərilməsi, ana dili ədəbiyyatın inkişafı idi.  Bu məqsədlə cəmiyyət müxtəlif kitablar dərsliklər nəşr edirdi. Cəmiyyətin kitabxanası digər müsəlman quberniyalarında şöbələri fəaliyyət göstərirdi. Mətbuat orqanı olan "Nicat" qəzeti İsa bəy Aşurbəylinin redaktorluğu ilə dərc edilirdi.

Yuxarıda adları çəkilən ictimai təşkilatları məqsəd vəzifələrinə, fəaliyyət prinsiplərinə digər xarakterik xüsusiyyətlərinə görə zəmanəsinin QHT-ləri hesab etmək olar.

XIX əsrin sonları-XX əsrin əvvəllərində QHT-lərin fəaliyyətində diqqəti cəlb edən məsələlərdən biri qadınların  ictimai fəaliyyətə daha geniş şəkildə cəlb olunmasıdır. Onlar da bir sıra  ictimai təşkilatların xeyriyyə cəmiyyətlərinin yaradıcısı olmuşlar.  Bu haqda 1908-ci il 1 fevral tarixli "Kaspi"qəzeti yazırdı: "Müsəlman qadınları arasında mütərəqqi hərəkat günü-gündən artır. Qabaqcıl müsəlman qızlarından biri, hal-hazırda tələbə, Usubbəyovu həyat yoldaşı öz qüvvəsi məhəbbəti ilə Yelizavetpol (Gəncə - E.H.) şəhərində müsəlman zıyalı  qadın qızlardan ibarət qadın ittifaqı yaratmışdır ". Bu təşkilat əsasən müsəlman qadınların maariflənməsiının ehtiyacı olanlara ianə toplanması kimi xeyriyyə vəzifələrini qarşılarına məqsəd qoymuşdular.

Həmin qəzetin 30 oktyabr nömrəsində "oktyabrın 26-da R.X.Qasımovanın mənzilində məşhur müsəlman ictimai xadimi H.B.Məlikovun dul qadını Hənifə xanım Məlikovanın  sədrliyi ilə ziyalı müsəlman qadınların yığıncağı keçirildiyi" göstərilir. Onlar da əsasən maarifçilik xeyriyyəçilik vəzifəsini qarşısına məqsəd qoyaraq həmin məqsədi müdafiə edən "Nicat" cəmiyyətinin Bakıda daimi fəaliyyət göstərən qadın şöbəsinə çevrilməsini xahiş edirdilər.

Qeyd olunan dövrdə adları çəkilən ictimai təşkilatlarla yanaşı müxtəlf sosial təbəqələrin maraqlarını müdafiə edən təşkilatlarda yaranmışdı. 1884- ildə Bakıda neft   sənayesi sahsində fəaliyyət göstərən sahibkarların qurultayı keçirildi. Neft sənayeçilərinin qurultayında sahibkarların qarşılaşdıqları problemlər müzakirə olundu, dövlət qarşısında müxtəlif təkliflər tələblər irəli surüldü. Qurultayın nəticəsi olaraq "Qurultay Şurası" yaradıldı. Yeni yaranan qurumun əsas vəzifəsi neft sənayesi sahəsində fəaliyyət göstərən sahibkarların maraq mənafelərini, hüquqlarını müdafiə etmək idi.

Azərbaycan müəllimlərinin 1906- ilin avqust ayında keçirilən qurultayında təhsil sahəsində mövcud olan problemlər müzakirəyə çıxarıldı. Dövlət qarşısında rus-tatar məktəbləridə Azərbaycandilinin icbari fənn kimi keçirilməsi, yeni dərs proqramlarının yazılması tərtibi, yeni dərsliklərin çap edilməsi, müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması s. kimi tələblər irəli sürüldü.

XIX əsrin sonları-XX əsrin əvvəllərində QHT-lərin  yaranması əsas fəaliyyət dairəsi, xeyriyyəçilik işləri Bakı şəhərini əhatə etsə , bölgələrdə ictimai sahədə aktiv insanlar müxtəlif təşkilatlar təsis edir. Əhalinin müxtəlif problemlərin həll olunmasında onlara yardım edilməsinə səy göstərir bu məqsədlə müəyyən tədbirlər həyata keçirirdilər. Gəncəbasar bölgəsində İsmayıl xan Ziyadxanının rəhbərliyi yaradılmış "Müdafiə" təşklatının əsas vəzifələrindən biri kənd həyatının yaxşılaşdırılması, kənddə mədəniyyətin inkişafı, kəndlilərin mülkədarlara verdikləri bəhrə vergisində azad olunması s. idi.  XX əsrin əvvəllərində Qarabağda "Hidayət" müsəlman xeyriyyə cəmiyyəti fəaliyyət göstərirdi. Adından göründüyü kimi bu təşkilat da bölgədə müxtəlif xeyriyyə tədbirləri həyata keçirir, əhalinin müxtəlif problemlərinin həllinə səy göstərirdi.

Sonda bir məqamı da qeyd etmək yerinə düşərdi ki,  XIX əsrin sonları-XX əsrin əvvəllərində ictimai sektorda fəaliyyət göstərən bir çox insanlar təşkilatlar Azərbaycan dövlətçiliyinin bərpasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında əsas, fəal rol oynadılar.

Beləliklə, XIX əsrin sonları-XX əsrin əvvəlləri Azərbaycan tarixində bir tərəfdən müstəmləkə əsarəti, digər tərəfdən cəmiyyətimizin həyatında baş verən sosial-iqtisadi dəyişikliklərlə yanaşı milli QHT sektorunun da formalaşması kimi dövrü kimi xarakterizə etmək olar. Müasir dövrümüzdə həmin illərdə mövcud olan QHT-lərin yaranması formalaşması prosesinin, onların məqsəd vəzifələrini, fəaliyyət dairəsinin  tədqiqatçılar tərəfindən hərtərəfli araşdırılması öyrənilməsi aktual olaraq qalır.

 





10.01.2014    çap et  çap et