525.Az

Səyyad Aranın kitabı Serbiyada çap olunub


 

Səyyad Aranın kitabı Serbiyada çap olunub<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini, yazıçı Səyyad Aranın hekayələr kitabı Serbiyada çap olunub.

Bu barədə Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov müəllifə ünvanladığı müraciətində qeyd edib.

Doqquz hekayədən və müəllifin geniş tərcümeyi-halından ibarət "Girov (Zalog)" kitabı Azərbaycanın Serbiyadakı Səfirliyi və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə serb dilində nəşr olunub.

Sözügedən kitab Serbiya Yazıçılar Birliyi, Elmlər Akademiyası, nüfuzlu təhsil ocaqları, dövlət kitabxanaları və Serbiyada Azərbaycanın dostlarına göndərilib.

Səfir müraciətində məmnunluqla qeyd edir ki, "Girov" kitabı serb ziyalıları və oxucuları tərəfindən böyük maraqla qarşılanıb.

Hekayələri serb dilinə Boyana Stankoviç çevirib.

ŞAHANƏ

 





13.08.2020    çap et  çap et