525.Az

Yaqub Öməroğlu Abay Kunanbayev haqqında danışıb


 

Yaqub Öməroğlu Abay Kunanbayev haqqında danışıb<b style="color:red"></b>

“Görkəmli qazax şairi Abay Kunanbayev bütün türk xalqlarının həmişəyaşar yaradıcılıq abidəsi, hər zaman qəlbimizdə yeri olacaq tarixi şəxsiyyətdir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu (AYB) söyləyib.

Abay Kunanbayevin anadan olmasının 175 illiyinə və haqqında yazılan kitabın təqdimatına həsr olunan konfransın səmərəli başa çatdığını diqqətə çatdıran Yaqub Öməroğlu deyib: "Ümummilli lider Heydər Əliyev hər zaman Abay Kunanbayevin şəxsiyyətinə ehtiram göstərib. Şairi qazax xalqının fəxri və xoşbəxtliyi adlandıran Ulu öndərin böyük şairin anadan olmasının 150 illiyi münasibətilə təşkil olunan yubiley mərasimindəki çıxışı təkcə qazax ictimaiyyəti tərəfindən deyil, bütün türk dünyasında böyük məhəbbətlə qarşılanıb".

Qeyd edək ki, iyulun 10-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Qazaxıstanın Azərbaycandakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və Dövlət Pedaqoji Universiteti birgə nəşr etdikləri görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə "TÜRKSOY Kitabxanası" seriyasından professor Elman Quliyevin "Abay Kunanbayev" kitabının təqdimatına həsr olunmuş videokonfrans keçirib. Videokonfrans Yaqub Öməroğlunun sədrliyi ilə keçirilib.

 





13.08.2020    çap et  çap et