525.Az

"Artıq sahibkarlar karantin qaydaları ilə bağlı pozuntu hallarına yol vermir"


 

"Artıq sahibkarlar karantin qaydaları ilə bağlı pozuntu hallarına yol vermir"<b style="color:red"></b>

“İyul ayının 3-dən İqtisadiyyat Nazirliyi tərəfindən 14 509 sayda nəzarət tədbiri keçirilib, 1708 tədbir üzrə pozuntu halı aşkar edilib”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, son dövrlərin dinamikası göstərir ki, artıq sahibkarlar da karantin qaydalarına əməl olunması ilə bağlı pozuntu hallarına yol vermir:
 
“Dövlətin bu sahədə həyata keçirdiyi tədbirlər sadəcə cəza deyil, həm də maarifləndirici xarakter daşıyır”.

 

 





15.08.2020    çap et  çap et