525.Az

“Millennium Turizm” futzal üzrə birinci dövrənin cempionu oldu (FOTOLAR)


 

“Millennium Turizm” futzal üzrə birinci dövrənin cempionu oldu <b style="color:red"> (FOTOLAR)</b>

"Millennium Tourism & Congress DMC" şirkəti Azərbaycan turizminə öz dəyərli töhfəsini verməklə yanaşı, ölkəmizdə futbolun təbliği, inkişafı və kütləviləşməsi sahəsində də böyük işlər görür.

Belə ki, "Millennium Tourism & Congress DMC" sponsorluğu və dəstəyi ilə 2013-cü ilin avqust ayında “Millennium Turizm” futzal klubu yaradılıb. Komandanın cəmi 5 ay əvvəl yaranmasına baxmayaraq, “Millennium Turizm” qısa müddət ərzində çox uğurlu nəticələrə nail olub. Komandaya baş məşqçi qismində təcrübəli Şahin Şahhüseynli rəhbərlik edir. 

Qeyd edək ki, “Millennium Turizm” komandası futzal üzrə Azərbaycanın 2-ci liqasında mübarizə aparır. I dövrənin 14-cü  turunun yekunlarına  görə, komanda 14 oyundan 39 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.

Sonuncu turun mərkəzi qarşılaşması “Dinamo” idman kompleksində keçirilib. Turnir cədvəli üzrə prinsipial rəqiblər olan “Millennium Turizm” və “Akkord”un duelində futzalda çox nadir hallarda qeydə alınan minimum top fərqi ilə çempionatın lideri qalib gəlib - 1:0. Rəqibin qapısına yeqanə qolu 46-ci dəqiqədə “Millennium Turizm”in bombardiri Zaur Səmədov vurub.
Onu da qeyd edək ki,  “Akkord” komandasının heyətində Azərbaycanın futzal üzrə milli və eyni zamanda Naxçıvanın “Araz” komandasının baş məşqçisi Joze Alesio Silva da çıxış edib.

I dövrənin başa çatmasına 1 tur qalmış “Millennium Turizm” prinsipial rəqibi olan “Baku Fire”ni 4, “Akkord” və “Bolluq” komandalarını isə 5 xal qabaqlayır. Bundan əlavə, komanda Azərbaycan futzal tarixində ilk dəfə olaraq ardıcıl 12 qələbə qazanan komanda kimi rekorda da imza atıb.

Sonuncu turun mərkəzi oyunu “Millennium Turizm” və “Baku Fire” arasında keçiriləcək. Qarşılaşma yanvarın 12-də, saat 16:00-da “Dinamo” idman kompleksində baş tutacaq.

 





10.01.2014    çap et  çap et