525.Az

Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb


 

Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb<b style="color:red"></b>

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin yeni növ koronavirusdan (COVID-19) sağalması ilə bağlı “Facebook” hesabında paylaşım edib.

R. Mahmudov bildirib ki, 36 yaşlı C. Paşayev xəstəliyə qalıb gəlib: “Ən çətin günlərində böyük bir komanda gecə-gündüz demədən sənin müalicəni müzakirə etdi, sənə görə bəzən mübahisə etdi, hətta bəzən dalaşdıq, savaşdıq amma təslim olmadıq. Çünki hamının yeganə hədəfi var idi.... Səni yaşatmaq!”

R. Mahmudov C. Paşayevin sağalmasında ECMO cihazının effektivliyini qeyd edib: "Beləliklə dünyanın qabaqcıl səhiyyələrində hələ də müzakirə olunan, COVID 19-la mübarizədə effektivliyinə şübhə ilə yanaşılan ECMO istifadəsinin ölkəmizdə daha bir uğurlu nəticəsinin sonuna gəldik!"

Qeyd edək ki, xeyli müddətdir COVID-19-dan müalicə olunan C. Paşayev bu gün evə buraxılıb.

Qeyd edək ki, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri, koronavirusa yoluxmuş 36 yaşlı Cavid Paşayev iyulun 13-dən EKMO cihazına qoşulub. Onun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

 





15.08.2020    çap et  çap et